IQNA

Qəzzədə aclıq və susuzluqdan ölənlərin sayı artır

9:30 - March 10, 2024
Xəbər sayı: 3495599
İQNA – İsrailin 5 aydan artıqdır ki, hücumlarını davam etdirdiyi və yardımların ölkəyə girişini əngəlləyərək böyük humanitar fəlakətə səbəb olduğu Qəzzə zolağında qida çatışmazlığı və susuzluqdan ölənlərin sayı 23-ə çatıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra məsələ ilə bağlı yazılı açıqlama verib.

Şifa xəstəxanasında daha 3 uşağın aclıq və susuzluqdan öldüyünü bildirən Qudra, aclıq və susuzluqdan həyatını itirənlərin sayının 23-ə yüksəldiyini qeyd edib.

Səhiyyə Nazirliyinin Qəzzədə martın 6-da verdiyi açıqlamada 20 nəfərin aclıq və susuzluqdan öldüyü bildirilib.

İsrail Qəzzəni aclığa sürükləyir

Birləşmiş Millətlər Təşkilatı İsrailin intensiv hücumu altında olan Qəzzə zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi.

BMT-nin verdiyi məlumata görə, Qəzzədə 378 min insan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) ölçüsünə görə “fəlakətli” adlandırılan 5-ci səviyyəli aclıqla, 939 min insan isə “fövqəladə vəziyyət” olaraq bilinən 4-cü səviyyədə aclıqla üzləşib".

TGRT

Teqlər: qəzzə zolağı
captcha