IQNA

Fransada təravih namazı öncəsi məscidə irqçi hücum olub

3:29 - March 13, 2024
Xəbər sayı: 3495621
İQNA - Fransanın Pas-de-Kale əyalətindəki məsciddə təravih namazından əvvəl irqçi hücum həyata keçirilib.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, Pas-de-Kale əyalətinin Saint-Omer şəhərindəki məsciddə təravih namazından əvvəl donuz başı atılıb. Onlarla insanın ibadət etmək üçün toplaşdığı məsciddə belə bir mənzərə ilə rastlaşanda vəziyyət polisə çatdırılıb.

Saint-Omer Türkləri Mədəniyyət Dostluğu Dərnəyinin sədri İsmayıl Gülməz France 3 kanalına verdiyi açıqlamada hadisə ilə bağlı şikayət edəcəklərini bildirib.

Fransanın daxili işlər naziri Gerald Darmanin müsəlmanların Ramazan ayında rahat şəkildə namaz qılmaları üçün məscid və ibadət yerləri ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini açıqlayıb.

TRT

captcha