Sionist rejimin oktyabrın 7-də Qəzza zolağına qarşı başlatdığı hücumlar aramsız olaraq davam edir. İşğal qüvvələrinin 163 gündür hücumlar təşkil etdiyi Qəzza zolağında itkilər artmaqda davam edir.
Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail tərəfindən Qəzzada 9 hücum təşkil edildiyini açıqlayıb.
Açıqlamada hücumlarda 92 nəfərin şəhid olduğu, 130 nəfərin yaralandığı bildirilib.
Hücumlar başlayandan bəri şəhid olan fələstinlilərin sayı 31 min 645-ə, yaralıların sayı isə 73 min 676-ya yüksəlib.