IQNA

Ərəb-İslam müştərək komitəsinin sionist rejimlə bağlı bəyanatı

7:08 - May 01, 2024
Xəbər sayı: 3495867
İQNA – Ərəb-İslam Müştərək Komitəsi işğal olunmuş Fələstin torpaqlarında baş verən hazırkı hadisələr və sionist rejimin Qəzzada törətdiyi cinayətlərlə bağlı bəyanat yayıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Ərəb və İslam ölkələrinin prezidentləri tərəfindən təyin olunan nazirlər komitəsi bazar günü Qəzza zolağında baş verən hadisələrlə bağlı iclas keçirib və bəyanat yayıb.

Görüş Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhanın sədrliyi ilə keçirilib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət sionist rejimə qarşı silah ixracını dayandırmaq kimi təsirli sanksiyalar tətbiq etməlidir.

Görüş beynəlxalq humanitar hüququn pozulmasına və İsrailin Qəzza və İordan çayının qərb sahilində törətdiyi hərbi cinayətlərə cavab olaraq keçirilib.

Bu görüşdə iştirak edən nazirlər vurğuladılar ki, İsrail rəsmilərinin törətdiyi cinayətlərə qarşı dəqiq və qətiyyətli mövqe nümayiş etdirilməlidir.

Bəyanatda həmçinin Qəzza zolağında müharibənin dərhal dayandırılması, mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq müdafiəsinin təmin edilməsi və bütün Qəzzəyə adekvat humanitar yardımın göstərilməsi üçün ərəb-islam birgə tədbirlərinin intensivləşdirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi müzakirə olunub.

Daha sonra müstəqil Fələstin dövlətinin tanınması və Fələstin xalqının tələblərinin yerinə yetirilməsi istiqamətində səylərin davam etdiriləcəyi vurğulanıb.

Görüşdə iki dövlət həllinin həyata keçirilməsi məsələsi də müzakirə olunub. Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu vurğulanıb.

Komitə həmçinin Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdinə və Rəfah şəhərinə qarşı istənilən hərbi əməliyyata qəti şəkildə qarşı çıxıb.

Ər-Riyadda Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Türkiyənin xarici işlər nazirləri, İƏT-in baş katibi, Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin katibi, Qətər dini işlər və xarici işlər nazirinin müşaviri iştirak edib.

4212870

captcha