Sionist rejim polisi Qüdsdə Türkiyə vətəndaşının İsrail polisini bıçaqladığını və güllələndiyini açıqlayıb.
Reuters-in verdiyi xəbərə görə, İsrail polisindən verilən açıqlamada Türkiyə vətəndaşının 34 yaşında olduğu və İsrail sərhəd polisini bıçaqladıqdan sonra hadisə yerində güllələnərək öldürüldüyü bildirilib.
Polis həmçinin bıçaqlanan zabitin 30 yaşında olduğunu və orta dərəcəli xəsarət aldığını bildirib.
İsrailin "Jerusalem Post" qəzetində yer alan xəbərə görə, Qüdsün Herod Qapısında baş verən hadisədə Türkiyə vətəndaşının Həsən Skalanan adında olduğu və Allenbi körpüsündən istifadə edərək İordaniyadan İsrailə keçdiyi iddia edilib.
Mənbə: Dünya.com