Milyonlarla yəmənli Fələstin xalqına və onun müqavimətinə dəstək olmaq üçün Yəmənin əyalətlərində küçələrə axışıb.
Böyük izdihamın iştirak etdiyi nümayişin yekun bəyanatında ABŞ-da universitetlərdə Fələstinə dəstək məqsədilə keçirilən və Qərbin beynəlxalq hüquq və insan haqları ilə bağlı diskursunun saxta olduğunu göstərən nümayişlər təqdir edilib.
Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi verdiyi açıqlamada Yəmən xalqını cümə günü paytaxt Səna və digər əyalətlərdə küçələrə çıxmağa çağırıb.
Ənsarullah lideri bildirib ki, bu yürüşlər “amerikalıları barışmazlıq nümayiş etdirməmək və Qəzzada Fələstin xalqına qarşı təcavüz və mühasirəni davam etdirməmək barədə xəbərdarlıq edəcək”.