IQNA

Sionist rejim Rəfahı işğal etdi

11:10 - May 08, 2024
Xəbər sayı: 3495911
İQNA – Sionist rejim ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiklərini elan edib.

Sionist rejim ordusundan verilən açıqlamada 162-ci diviziya və 401-ci zirehli briqadanın Rəfahın şərqindəki ordu birliklərinə dəstək verdiyi və Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısını nəzarətə götürdüyü bildirilib.

Açıqlamada Misirdən təqribən 3,5 km uzaqlıqdakı qapının Fələstin tərəfində tam nəzarətin əldə edildiyi və hücumda 20 fələstinlinin həlak olduğu bildirilib.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısına yaxın bəzi binaları raketlərlə hədəfə aldığı, Rəfah Sərhəd Qapısı və Kərəm Əbu Səlim Sərhəd Qapısına yaxın əraziləri artilleriya atəşinə tutduğu qeyd edilib.

HƏMAS-a yaxınlığı ilə tanınan Əl-Əqsa televiziyası İsrail ordusunun Rəfah Sərhəd Qapısının Fələstin tərəfini güclü atəşə tutduğunu bildirib.

Şahidlər həmçinin İsrail döyüş təyyarələrinin Rəfah Sərhəd Qapısına yaxın ərazilərə hücumlar təşkil etdiyini bildiriblər.

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini bildirib.

Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

captcha