"İQNA", Əl-Aləm və İrlandiya Radio və Televiziyasına (RTE) istinadən xəbər verir ki, Fələstin dövlətinin tanınması ilə bağlı İrlandiya, İspaniya, Sloveniya və Malta arasında təmaslar intensivləşib.
İddialara görə, bəzi Aİ ölkələri, o cümlədən İrlandiya və İspaniya mayın 21-də Fələstin dövlətini tanıdıqlarını elan edəcəklər.
Ekspertlər bu hərəkəti Avropanın Fələstinə münasibətinin dəyişməsi kimi qiymətləndirirlər.
Məlumdur ki, İrlandiya, Sloveniya, Malta və Norveç Fələstin dövlətinin tanınması təşəbbüsünü dəstəkləyib və bu təşəbbüsə İspaniya tərəfindən öncülük edilib.
Fələstin Dövləti hazırda Bolqarıstan, Polşa, Çexiya, Rumıniya, Slovakiya, Macarıstan, Kipr və İsveç də daxil olmaqla Avropa İttifaqının 8 üzvü tərəfindən tanınır.
4214758