"İQNA", Ali Məqamlı Rəhbərin dəftərxanasının informasiya mərkəzinə istinadən xəbər verir ki, Ayətullah Xamenei mayın 13-də səhər saatlarında İmam Xomeyni Müsəllasında keçirilən 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində olub.
Ayətullah Xamenei üç saatlıq səfəri zamanı naşirlər, müəlliflər və kitab stend sahibləri ilə söhbət edib. Nəşr xəbərləri, kitab bazarının vəziyyəti və kitab sərgisinin qəbul səviyyəsi haqqında yaxından məlumat alıb.
O, kitab sərgisinə getməsindən də kitab və mütaliəyə zəmin hazırlamaq fürsəti kimi istifadə etdi.
Ali Məqamlı Rəhbər bildirib: "İnanıram ki, hər yaşda və elm səviyyəsindən olan hər kəsin kitaba ehtiyacı var və heç nə kitabı əvəz edə bilməz".
İslam İnqilabının Rəhbəri virtual mühitlərin kitab oxumağa təsirindən danışaraq, virtual mühitlərin kitab oxumağı əvəz etməməsi və insanların alış-veriş səbədlərində və vaxtlarında kitabların həmişə xüsusi yer tutmasına diqqət çəkiblər.
Həzrət Ayətullah Xamenei vurğulayıb ki, İrşad Nazirliyi və İslami Təbliğ Təşkilatı rəsmiləri kitabların nəşri və istehsalında fəallıq göstərənlərə kömək etməlidirlər.
O, həmçinin bildirdi ki, ictimai fəallar elm, ədəbiyyat, tarix, incəsənət, din və inancın müxtəlif sahələrində yaxşı və faydalı kitabları təbliğ etməlidirlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri həmçinin bildirib ki, builki kitab sərgisində yeni əsərlərin, kitabların sayının artması və bəzi kitabların tez-tez təkrar nəşr olunması sevindirici haldır.
O, çıxışının sonunda gənclərin qayğısına qalan orqanlara və qurumlara tövsiyələrini verib.
4215459