IQNA

“Əl-Cəzirə”nin müxbiri Şirin Əbu Aqilə haqqında kitab nəşr olunub

10:41 - May 16, 2024
Xəbər sayı: 3495954
İQNA - Cənin şəhərində sionist əsgərlər tərəfindən güllələnən "Əl-Cəzirə" telekanalının müxbiri Şirin Əbu Aqilənin qətlinin ikinci ildönümündə “Şirin Əbu Aqilə; hekayələr və sirlər” kitabı işıq üzü görüb.

"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, sözügedən kitab fələstinli tədqiqatçı və müxbir Mahmud Əl-Fətafeta tərəfindən yazılmış və “Sərhədsiz Tədqiqatçılar” dərnəyi tərəfindən 242 səhifədə və orta həcmdə nəşr edilmişdir.

Əl-Fətafeta yeni kitabında terror əməliyyatının təfərrüatlarına və sionist rejimin ziddiyyətli hərəkətərinə, həmçinin Əbu Aqilənin qətli zamanı İsrail mediasının münasibətinə yer verib. Daha sonra o, ərəb və beynəlxalq reaksiyaları və sui-qəsdin nəticələrini təhlil edib.

Müəllif kitabında Şirin Əbu Aqilənin qətlindən sonra həmkarlarının gözü ilə onu vəsf edən hekayələri, mərhum jurnalistin fotoşəkillərini də yerləşdirib.

Şirin Əbu Aqilə (3 aprel 1971 - 11 may 2022) Əl-Cəzirə xəbər agentliyinin ərəb kanalında 25 il çalışmış Fələstin əsilli amerikalı jurnalist idi. O, Yaxın Şərqdə Fələstinlə bağlı reportajlar aparan fəal jurnalistlərdən biri idi. 2022-ci il mayın 11-də İsrail ordusunun İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumu xəbərini verərkən sionist qüvvələrin hədəfinə çevrilib və başından aldığı güllə yarasından dünyasını dəyişib.

4215299

captcha