"İQNA", "Əl-Quds Əl-Ərəbi" saytına istinadən xəbər verir ki, Sloveniya Parlamenti çərşənbə axşamı bu ölkə hökumətinin müstəqil Fələstin dövlətini tanımaq qərarını qəbul edib.
Parlamentdə keçirilən səsvermədə 90 nümayəndədən 52-si Fələstin dövlətinin tanınmasına səs verib.
Sloveniya parlamentinin sədri də bildirib ki, bu addım Qərbi Asiya regionunda sülhün təmin olunmasına kömək edəcək.
Sloveniyanın baş naziri Robert Qolob mayın 30-da mətbuata verdiyi açıqlamada beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren dövlət kimi tanımağa qərar verdiklərini bildirib.
4219986