"İQNA", "Əl-Hurr7" saytına istinadən xəbər verir ki, anti-İslam meylləri və ekstremizmi ilə tanınan Almaniya Azad Demokrat Partiyasının (FDP) bu tələbi anti-islam aksiyası zamanı bıçaqlı hücum nəticəsində bir nəfərin ölməsi və dörd nəfərin yaralanmasından sonra baş verib.
FDP Almaniyadakı bəzi məscidlərin ekstremist təmayüllü insanları maarifləndirdiyini və bu səbəbdən bağlanmalı olduğunu iddia edib.
Qeyd edək ki, 25 yaşlı gəncin Almaniyanın Heppenheym şəhərində anti-islam qruplaşmasının toplantısında həyata keçirdiyi hücumda 5 nəfər yaralanıb, 1 nəfər ölüb.
Bu hadisə islam əleyhinə ekstremist qrupların Almaniyadakı müsəlman icmasına qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə çalışmasına səbəb oldu.
4220164