IQNA

Fələstin tərəfdarlarının proqramı: "Ağ Evin Mühasirəsi"

10:47 - June 10, 2024
Xəbər sayı: 3496123
İQNA - Fələstin tərəfdarları Ağ Evi mühasirəyə almaq niyyətində olduqlarını bildiriblər.

"İQNA", "Əl-Ərəbiyyul-Cədid" saytına istinadən xəbər verir ki, Fələstin tərəfdarları bu həftə sonu Qəzzada müharibənin dayandırılmasını və ABŞ-ın İsrailə dəstəyini dayandırmasını tələb etmək üçün etiraz aksiyaları zamanı Ağ Evi mühasirəyə almağı planlaşdırır. Bu, təhlükəsizlik tədbirlərinin artırılmasına və Ağ Evin ətrafında təhlükəsizlik hasarının qurulmasına səbəb olub.
Amerika-İslam Əlaqələri Şurası kimi qruplar və fəallar şənbə günü sionist rejimin Qəzzaya qarşı on minlərlə insanın ölümünə səbəb olan, humanitar böhran, aclıq və geniş dağıntılara səbəb olan səkkiz aylıq müharibəsini gündəmə gətirmək üçün nümayiş planlarını açıqlayıblar.
ABŞ Məxfi Xidmətinin sözçüsü bildirib ki, Vaşinqtonda böyük izdihamın gözlənilən həftəsonu tədbirlərinə hazırlıq məqsədilə Ağ Ev kompleksi yaxınlığında əlavə ictimai təhlükəsizlik tədbirləri görülüb.
Bayden və Ağ Ev daha əvvəl dinc etirazları dəstəklədiklərini, lakin zorakılığı dəstəkləmədiklərini bildiriblər.
Amerikada tələbə nümayişləri bəzən zorakılığa çevrildi və polis təxliyə zamanı Los-Ancelesdəki Kaliforniya Universitetində düşərgə salan müharibə əleyhdarı fəalları həbs etdi.
Aprelin 18-də Nyu Yorkdakı Kolumbiya Universitetində Qəzzaya dəstək üçün dünya səviyyəsində etirazların qığılcımları başladı. Etiraz aksiyaları ABŞ-ın digər universitetlərinə yayıldı və daha sonra ABŞ sərhədlərini aşaraq dünya universitetlərinə yayıldı.
4220465

captcha