Qərargahı İsveçrədə yerləşən Ümumdünya Kilsələr Şurası (WCC) çərşənbə axşamı verdiyi açıqlamada bildirib: "Qəzza zolağında müharibə və iztirablar İsrail ordusunun bu bölgədəki hərəkətlərinin kor-koranə olması və beynəlxalq humanitar hüququn və əxlaqın fundamental prinsiplərinə əməl etməməsindən irəli gəlir".
Ümumdünya Kilsələr Şurasının bəyanatında həmçinin atəşkəsin bu iztirablara son verə biləcəyi vurğulanıb və humanitar yardımların qeyd-şərtsiz əldə edilməsinə, ehtiyacı olanlara adekvat yardımın göndərilməsinə və bölgə xalqının dinc və ləyaqətli həyat sürməsi üçün mənalı siyasi prosesin başlanmasına çağırıb.