IQNA

Türkiyədə Qədir-Xum bayramı qeyd olundu

10:17 - June 26, 2024
Xəbər sayı: 3496221
İQNA - Qədir-Xum ziyafəti proqramı Iğdır Əhli-Beyt Alimləri tərəfindən təşkil edildi.

Bayram proqramına Iğdır valisi Ercan Turan, İl Təhlükəsizlik Müdiri Erden Sakarya, İl Jandarma Komandiri Polkovnik Nihat Özkök, AK Partiya Iğdır İl sədri Əli Kamal Ayaz, MHP İl sədri Hüseyn Atəş, Qaraqoyunlu Bələdiyyə Başçısı Bayramalı Ballı və vətəndaşlar qatılıb.
Açılış çıxışından sonra vali Ercan Turan və digər qonaqlar da çıxış edərək Qədir-Xum bayramının əhəmiyyətini vurğuladılar. Çıxışlarında birlik və həmrəylik mesajları verən protokol üzvləri belə tədbirlərin cəmiyyətdə həmrəylik ruhunu daha da gücləndirdiyini bildiriblər.
Qədir-Xum bayramı İslam tarixində mühüm yer tutur və Həzrət İmam Əlinin (ə) imam elan olunmasının ildönümü kimi qeyd olunur. Iğdırda keçirilən bu xüsusi tədbir, iştirakçıların böyük marağı və coşğusu ilə rəngarəng anlara şahidlik edib.
Əhli-Beyt Alimləri Dərnəyinin təşkil etdiyi proqramda bayram üçün xüsusi dualar edilib, ilahilər oxunub, ənənəvi ziyafətlər verilib.
Tədbirdə iştirak edən qonaqlar proqramdan sonra məmnunluqlarını bildirib, təşkilatçılara təşəkkür ediblər.
Mənbə: Güven qəzeti

captcha