"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, İraqın Cənubi Meysan əyalətinin mərkəzi olan "Əl-Əmarə" şəhərinin sakini 70 yaşlı Ummu Vəsam maddi vəziyyətinin pis olmasına baxmayaraq, kiçik evini Quran institutuna bağışlamaqla, evinin uşaqlar üçün Quran məktəbinə çevrilməsində böyük rol oynadı.
Son həftələrdə yaşlı qadının 40 yaşlı oğlu anasının evinin tikintisini başa çatdıraraq şəhərdəki Quran institutuna təhvil verib.
Ummu Vəsam mərhum ərinin təqaüdündən illik hissə-hissə torpaq almaq və onun üzərində ev tikmək qərarına gəlib. Tikinti başa çatdıqdan sonra Allahın razılığını qazanmaq üçün orada məktəb yaradılmasını istədi.
Yaşlı qadın oğlu və yeddi nəfərlik ailəsi ilə iki yataq otağı və qonaq otağı olan kiçik evdə yaşayır. Ancaq bu çətin şərtlərə baxmayaraq, o, yeni evini Quran İnstitutuna verərək axirət həyatına hazırlaşır.
Meysan Quran Dərnəyinin prezidenti Səccad Mansur bu addımı alqışlayıb və bölgədəki uşaqların Quran maarifləndirilməsində xeyriyyəçilərin rolunu yüksək qiymətləndirib.
Bu Quran dərnəyi təkcə Quran kursları təşkil etməklə kifayətlənmir, həm də milli yarışlar təşkil edir.
4223100