"İQNA", "Middle East News" saytına istinadən xəbər verir ki, təhlükəsizlik tədbiri çərçivəsində partlayıcı maddələr zərərsizləşdirilənə qədər məscidin yenidən qurulması işləri dayandırılıb.
YUNESKO məscidin divarlarına yerləşdirilən partlayıcı maddələrin məscidi tamamilə dağıtmaq üçün nəzərdə tutulduğunu və vəziyyətin tamamilə nəzarət altında olduğunu, məscidin ətrafında yaşayanlar üçün təhlükə olmadığını, partlayıcının isə gələn günlərdə məsciddə zərərsizləşdiriləcəyini bildirib..
YUNESKO: “Məscidin cənub divarında hər birində 1,5 kq partlayıcı olan 5 partlamamış bomba tapılıb. “Bu bombalardan biri zərərsizləşdirilib, digər dörd bomba isə bir-birinə bağlı olub və zərərsizləşdirilməyib”.
İraqın Birgə Əməliyyatlar Komandanlığının sözçüsü, Əl-Nuri məscidini qoruyan işçilərin İŞİD-in tərk etdiyi bu partlayıcıları məscidin içərisində tapdıqlarını və Müdafiə Nazirliyindən kömək istədiklərini bildirib.
O, həmçinin əlavə edib ki, bu partlayıcılar qruplar mehrabın hazırlanması və təmiri üçün divara baxış keçirərkən tapılıb.
Onu da qeyd edək ki, Əl-Nuri məscidi və onun əyilmiş minarələrindən biri 2017-ci ilin iyununda İraq qüvvələri ilə İŞİD arasında baş verən qarşıdurma zamanı bu təşkilatın üzvləri tərəfindən məscidin içərisinə yerləşdirilən partlayıcılar tərəfindən dağıdılıb.
4224016