IQNA

Nəcəfdə Quran əlyazmalarının sərgisi böyük marağa səbəb olub

10:42 - July 01, 2024
Xəbər sayı: 3496250
İQNA – Nəcəfdə hicri dövrünün 1-13-cü əsrlərinə aid nadir əlyazmaların nümayiş olunduğu sərgi ictimaiyyətin böyük marağı ilə öz işini başa vurub.

Bu sərgidə istedadlı xəttatlar tərəfindən dəri üzərində yazılmış Qurani-Kərimin 12 əlyazması sərgilənib. Xüsusi diqqət çəkən nadir əlyazmalar arasında Həzrət Əliyə (ə) aid edilən Qurani-Kərim də var.
Bununla yanaşı, Şeyx Tusi və İbn Kəmmüna kimi alimlərin müxtəlif fəlsəfi və fiqhi əsərlərdən ibarət 16 əlyazması da sərgidə yer alıb.
İmam Əlinin (ə) Türbə Əlyazmaları Xəzinəsində Qurani-Kərim və qiymətli əlyazmalar da daxil olmaqla 7500-dən çox nadir əlyazma nüsxəsi olan böyük bir xəzinə saxlanılır.
Bu sərgi Ümumdünya Qədir Həftəsi münasibətilə Nəcəfdəki İmran ibn Şahin məscidinin zalında İmam Əlinin (ə) hərəminin səyi ilə təşkil edilmişdir. Sərgini minlərlə insan ziyarət edib.
4223951

captcha