IQNA

UNRWA: "Qəzzaya humanitar müdaxilə etmək çox çətindir"

10:05 - July 03, 2024
Xəbər sayı: 3496265
İQNA - Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi bəyan edib ki, İsrailin Qəzza zolağına yardımların daxil olmasına məhdudiyyət qoyması humanitar müdaxiləni çox çətinləşdirir, hətta qeyri-mümkün edir.

UNRWA:“TRT Xəbər”in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza və yüksək rütbəli kommunikasiyalar üzrə məsul işçisi Louise Wateridge-in Britaniya mətbuatı BBC-yə verdiyi müsahibə agentliyin agentliyin X sosial media platformasında dərc olunub.
“İsrail hakimiyyətinin Qəzzaya yardıma qoyduğu məhdudiyyətlər humanitar müdaxiləni son dərəcə çətinləşdirir, hətta qeyri-mümkün edir”, - deyə Uotidc bildirib.
UNRWA rəsmisi qeyd edib ki, Qəzzaya həyat qurtaran yardım göstərmək üçün daimi və proqnozlaşdırıla bilən yardım axınına ehtiyac duyurlar.
Qəzzada yardım qruplarının yaşadığı çətinlikləri izah edən Uotidc deyib ki, “Yardımı daxil etmək və qruplarımızın təhlükəsizliyini təmin etmək üçün İsrail səlahiyyətlilərinin razılığını almağa çalışırıq və bunun üçün böyük səylər göstəririk".
Qəzzə xalqının yorğun olduğunu və yardım qruplarının daha çox yardıma əl atması lazım olduğunu vurğulayan Uotidc, Qəzzada vəziyyəti "dəhşətli", binaların dağıntıya çevrildiyini, təmiz suyun və qaynaqların kifayət qədər olmadığını ifadə edib.
Sağlamlıq sahəsindəki böhranla bağlı Uotidc, "Qəzzada həkim və tibb bacılarımız işləyir, amma İsrailin qadağaları səbəbindən dərman olmayan bir yerdə həkimlərin nə faydası var?" dedi.

captcha