"İQNA", "Vatikan Xəbər" saytına istinadən xəbər verir ki, Papanın İndoneziyaya səfəri 2-6 sentyabr tarixlərində, İstiqlal məscidinə səfəri isə sentyabrın 5-də baş tutacaq.
Papanın bu səfəri onun Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapur da daxil olmaqla bir çox ölkələrə Asiya səfərinin bir hissəsi olacaq.
Papa Fransisk sentyabrın 4-də İndoneziya kilsəsini, ertəsi gün isə İstiqlal məscidini ziyarət etməyi planlaşdırır.
Papanın bu dörd Asiya ölkəsinə səfəri onun xaricə ən uzun və ən mürəkkəb səfəri olacaq.
Vatikan Papa Fransiskin 2-13 sentyabr tarixləri arasında İndoneziya, Şərqi Timor, Papua Yeni Qvineya və Sinqapura səfərinin cədvəlini dərc edib.
Buna uyğun olaraq, bir günlük istirahətdən sonra Papa sentyabrın 3-də dövlət başçıları ilə görüşlər keçirəcək, diplomatlar qarşısında çıxışlar edəcək, din xadimləri və ictimaiyyətlə görüşəcək.
O, Cakartadakı “İstiqlal” məscidində keçiriləcək və İslam, protestant, katolik, buddizm, hinduizm və konfusiçiliyin dini liderlərinin iştirak edəcəyi dinlərarası toplantıya sədrlik edəcək.
Eyni şəkildə Papanın da dostluq tunelindən keçməsi gözlənilir. Bu səfər zamanı o, birgəyaşayış və tolerantlıq məsələlərinə diqqət yetirəcək.
Roma Papası Fransisk İndoneziyaya səfər edən üçüncü Papa olacaq. Birincisi 1970-ci ildə Papa VI Pavel, ikincisi isə 1989-cu ildə Papa II İohann Pavel olmuşdur.
İndoneziyanın 277 milyonluq əhalisinin təqribən 87 faizi müsəlmandır və o, həmçinin Filippindən sonra Cənub-Şərqi Asiyada ikinci ən böyük xristian əhalisinə malikdir.
4225243