IQNA

İsrail fələstinlilərə məxsus 5 ev, məktəb və kənd təsərrüfatı obyektini dağıdıb

9:15 - July 10, 2024
Xəbər sayı: 3496310
İQNA - Sionist rejim ordusu işğal altındakı İordan çayının qərb sahilində 5 ev, məktəb və kənd təsərrüfatı obyektini "lisenziyasız" olduqlarını əsas gətirərək dağıdıb.

TRT News-un verdiyi xəbərə görə, fələstinli fəallar və şahidlərdən alınan məlumata əsasən, İsrail əsgərləri Əl-Xəlil şəhərinin cənubundakı Məsafir Yatta bölgəsində 3 ev və bir məktəbi dağıtmaqla yanaşı, onların üzərindəki əkinçilik sahələrinə və tikililərə də ziyan vurub.
Bildirilib ki, İsrail qüvvələri Tulkərim şəhəri yaxınlığında 2 evi, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən prefabrik evləri və 6 hektarlıq istixananı dağıdıb.
Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabrdan bəri İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən İsrail qüvvələrinin və israillilərin hücumlarında 57 məktəbin dağıdıldığını açıqlayıb.
Məsafir Yatta Yerli Şurasının sədri Nidal Yunis "AA" müxbirinə açıqlamasında bildirib ki, bölgə sakinləri bir neçə il əvvəl sökülən tikililərin lisenziyası üçün lazımi sənədləri İsrail hakimiyyətinə təqdim ediblər.

captcha