"İQNA", "Canadian news24" saytına istinadən xəbər verir ki, Ottava polisi keçən il əllərində olan məlumatları müqayisə edərkən, nifrət cinayətlərinin sayında bir qədər azalma olsa da, bu dövrdə Ottavada müsəlmanlara qarşı nifrət cinayətlərinin artdığını vurğulayıb.
Polisin açıqlamasına görə, ötən il 230 nifrət cinayəti qeydə alındığı halda, bu il bir qədər azalaraq 225 fakt qeydə alınıb.
Həmin dövrdə müsəlmanlara qarşı nifrətin yayılması nəticəsində baş verən cinayətlər 100 faiz artıb.
Ottava şəhərinin polisi və siyasətçiləri müsəlmanlara qarşı ötən il oktyabrın 7-dən etibarən şiddətlənən nifrət hadisələrinin artması ilə bağlı xəbərdarlıq ediblər.
Son 7 ildə Kanadada müsəlmanlar G7-nin digər ölkələrindən (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) daha çox hücuma məruz qalıb. Müsəlmanlara qarşı nifrətin yayılması nəticəsində baş verən cinayətlər də 71 faiz artıb.
Kanadada bu illər ərzində müsəlmanlara qarşı çoxlu nifrət cinayətləri baş verib. Məsələn, 2020-ci ildə Torontoda baş verən yaralanma hadisəsi, Albertada qaradərili müsəlman qadınlara hücum və s.
4225931