Məhərrəm ayının ilk günündə başlayan əzadarlıq məclisləri axşam namazından sonra hocaların məscidlərdə günün məna və əhəmiyyəti ilə bağlı etdikləri moizələrə qulaq asmaqla başlayır, daha sonra isə vətəndaşlar məscidin qarşısına toplaşıb mərsiyələr söyləyir və sinə vuraraq əzadarlıq edirlər. Hər il eyni tarixdə keçirilən yas mərasimi Aşura günü başa çatır.
Iğdır valisi Ərcan Turan və bərabərindəki dövlət protokolu əzadarlıq məclislərini ziyarət edərək, vətəndaşlarla birlikdə İmam Hüseynin (ə) əzadarlıq məclisində iştirak ediblər.
Mənbə: Yaşıl Iğdır