"İQNA", "Kashmir Despatch"-ə istinadən xəbər verir ki, bütün dünya şiələri İmam Hüseynin (ə) şəhadətinin ildönümündə əzadarlıq ediblər.
Pakistanda sosial şəbəkə fəalları İslamabaddakı şiələrin matəm fotolarını yayıblar.
Pakistanın Daxili İşlər Nazirliyi İmam Hüseynin (ə) əzadarlıq mərasimləri zamanı bütün ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi ilə bağlı müvafiq orqanlara göstəriş verib.
Hindistan şiələri də ölkənin müxtəlif şəhərlərində, xüsusilə Mumbay, Dehli, Dekan və Heydərabadda matəm keçiriblər.
Amerikada müxtəlif millətlərdən olan insanlar əzadarlıq mərasimləri keçirir, küçələrdə yemək paylayırdılar.
Londonda Aşura günü zöhr namazı London İslam Mərkəzinin imamı və İslam İnqilabının Rəhbərinin Britaniya nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Haşim Musəvinin imamlığı ilə qılınıb.
İngiltərə İslam Mərkəzində əzadarlıq mərasimi başa çatdıqdan sonra camaat yan-yana dayanaraq Aşura günorta namazını qılıb.
İngiltərə İslam Mərkəzi İslam şüarını, onun şüurunu və Kərbəla dastanını yaşatmaq üçün hər il bütün dünya şiələri ilə birlikdə İmam Hüseynin (ə) əzadarlıq bayrağını qaldırır.
Bu İslam qurumu Məhərrəm ayının ilk ongünlüyündə öz mərasimlərini hərtərəfli şəkildə fars, ingilis, ərəb və urdu dillərində keçirirdi.
Məhərrəm ayı başlayandan bəri bir çox İslam mərkəzləri, məscidlər, hüseyniyyə və İslam Mərkəzləri dini çıxışlar, Aşura ziyarətinin oxunması, roza, mərsiyələr, ehsan verilməsi kimi proqramlarla Əhli-Beyt aşiqlərini qonaq edib.
Əfqanıstanda Taliban məhdudiyyətlərinin kölgəsində insanlar coşğuyla Aşura mərasimləri təşkil ediblər.
Əfqanıstanın paytaxtının müxtəlif yerlərində minlərlə insanın iştirakı ilə Aşura günü yas mərasimi keçirilib. Məscidlərdə Aşura namazı ilə davam edib.
Taliban qüvvələri Kabilin qərbindəki şiə Daşt Barçi bölgəsində cəmləşərək internet bağlantılarını kəsərək, əzadarlıq edən heyətləri və sinə vuran dəstələrin keçidinə mane olub.
Əzadarlıq mərasimlərində iştirak edənlərdən bəziləri bildiriblər ki, taliban çoxlu əzadarı döyüb və onları əzadarlıq mərasiminə getməyə qoymayıb.
Talibanın bütün qadağalarına baxmayaraq, şiələr Əfqanıstanın qərbindəki Herat şəhərində geniş iştirakla Aşura matəm mərasimi keçiriblər.
4227102