IQNA

Qəzzada şəhidlərin sayı 38 min 794-ə yüksəlib

9:43 - July 18, 2024
Xəbər sayı: 3496361
İQNA – Sionist rejimin Qəzzə zolağına hücumlarında şəhid olanların sayı 38 min 794 nəfərə, yaralıların sayı isə 89 min 364 nəfərə çatıb.

Sionist rejim 285 gündür Qəzza zolağında qətliamlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında sionist rejim ordusunun son 24 saat ərzində Qəzza zolağına 4 hücum təşkil etdiyi, 81 fələstinlinin şəhid olduğu, 198 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar nəticəsində şəhid olan fələstinlilərin sayı 38 min 794 nəfərə, yaralıların sayı isə 89 min 364 nəfərə yüksəlib.

captcha