IQNA

Məşhur iranlı rəssamın şah əsəri İranın milli irs siyahısına daxil edilib

10:37 - July 20, 2024
Xəbər sayı: 3496367
İQNA - Ötən əsrdə İranın ən böyük miniatür ustalarından biri olan Ustad Mahmud Fərşcianın Kərbəla hadisəsini əks etdirən tablosu İranın daşınan mədəni irs siyahısına daxil edilib.

İranlı miniatür ustası Mahmud Fərşcianın Aşura hadisəsi ilə bağlı ən məşhur vizual sənət əsəri kimi tanınan “Aşura axşamı” adlı əsəri İranın daşınan mədəni irs siyahısına daxil edilib.
1976-cı ildə çəkilmiş “Aşur axşamı” tablosunda əsas motivi miniksiz qayıdan atının ətrafında ağlayan Hüseyn ibn Əlinin ailəsinin kədəri və qüssəsi təşkil edir.
Usta Fərşçian bu əsəri özünün ən dəyərli əsəri hesab edir. Bu rəsm UNESCO tərəfindən qəbul edilmiş sənət əsərlərindən biridir.
“Aşura axşamı” tablosu dəfələrlə yerli və xarici rəssamların tərif və diqqətini cəlb edib.
Bu əsər həm zəngin bədii istiqaməti və dərinliyi, həm də Aşuranın əlavə etdiyi məna ilə Əhli-beyt dostları arasında çox hörmətli və ruhlandırıcı bir əsərdir.
Mahmud Fərşçian kimdir?
Ötən əsrdə İranın ən böyük miniatür ustalarından biri olan ustad Mahmud Fərşçian hicri şəmsi 1308 / miladi 1930-cu ildə İsfahanda rəssam ailəsinin övladı olaraq dünyaya göz açıb.
Onun əsərləri Çin, Türkiyə və Yaxın Şərq ölkələrinin muzeylərində nümayiş etdirilib.

captcha