IQNA

Sionist İsrailin Yəmənə hava hücumu

9:06 - July 21, 2024
Xəbər sayı: 3496372
İQNA – Ərəb mediası sionist İsrailin Yəmənin Hudeydə liman şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Xəbərdə sionist İsrailin Yəmənin Hudeydə şəhərini hədəf alan bir sıra hava hücumları təşkil etdiyi bildirilib.
Hücumun insan itkisi və yaralanmalara səbəb olduğu bildirilib.
Sionist İsrailin "Haaretz" qəzeti sözügedən hücumun İsrail döyüş təyyarələri tərəfindən həyata keçirildiyini yazıb.
Sosial şəbəkələrdə yayılan görüntülər şəhərin bəzi yerlərində böyük yanğınların başladığını göstərir.
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdülsəlam sionist rejimin Hudeydə limanında yanacaq anbarları və enerji obyektlərini hədəf aldığını təsdiqləyib.

captcha