IQNA

İki isveçli qadın İslamla necə tanış olduqları barədə danışıb

15:16 - July 21, 2024
Xəbər sayı: 3496374
İQNA – İslamı qəbul edən iki isveçli qadın necə müsəlman olduqlarının hekayəsini paylaşaraq Qurani-Kərimi dinlədikdən sonra İslamla maraqlandıqlarını bildiriblər.

İsveç İnformasiya Mərkəzinin verdiyi xəbərinə görə, iki qadın uzun araşdırmadan sonra İslam dini ilə tanış olduqlarını və bu mənəvi səfərdə yaşadıqlarını izah ediblər.
İslamın İsveçdə yayılması müsəlman mühacirlərin gəlişi ilə sürətlə baş verdi. Tezliklə ölkənin irili-xırdalı şəhərlərində məscidlər tikildi.
İslamın bu yayılması bir çox isveçlinin İslam dini ilə tanış olmasına səbəb oldu. İki isveçli dost, 29 yaşlı Emili Andersson və 39 yaşlı Martina Hildinqson da bu ölkədə hicablı qızları gördükdən sonra təsadüfən İslamla tanış olanlar arasındadır. Onlar bir müddət araşdırma apardıqdan sonra müsəlman oldular.
İsveçin cənubundakı Savalo şəhərində yaşayan Emili Andersson milli televiziyada öz mənəvi səyahətini paylaşıb.
O, belə deyib: "Xristianlıqla heç vaxt maraqlanmamışam, amma Qurana hörmətsizlik, yandırma hadisələrindən sonra müsəlmanları görüb bu ilahi kitabla tanış olmağa çalışdım. Ərəb dilini bilmədiyim üçün Quran dinləməyə qərar verdim və ilk dəfə Quranı dinləyəndə ağladım. Bəli, eşitdiklərimi başa düşmədim, ancaq Allahın sözü olduğunu hiss etdim, çox ağladım. Mən hiss etdim ki, bu Qurana və bu dinə ehtiyacım var".
Martina Hildingsson, Emilidən fərqli olaraq, dindar xristian idi. Ətrafında İslamın təzahürlərini müşahidə edərək, İslamın həqiqətən ilahi bir din olub-olmadığını araşdırmaq qərarına gəldi. Quran və onun təfsirlərini araşdırıb dinləməyə başladı. O, Qurani-Kərimlə mənəvi bağlılıq hiss etdiyini bildirib.
Martina Hildingsson valideynlərinin heç bir şeyə inanmadığını, lakin onun hər zaman iman üçün mənəvi həsrəti olduğunu söylədi.
O, dindar olduğu üçün İslamı qəbul etdikdən sonra İslamın bütün göstərişlərinə sadiq qalaraq Allaha daha yaxın olmaq üçün hicab taxdığını bildirib.
Hildingsson, müsəlman olduğu və hicablı olduğu üçün tənqid və hücumlarla üzləşsə də, hicabı ilə fəxr etdiyini ifadə edərək, "Mən əvvəlki kimi, mömin və dindar bir insanam, amma bildiyim istiqamətdə doğru" dedi.
İsveç Din İcmalarına Dəstək Agentliyinin 2019-cu il hesabatına görə, bu ölkədə təxminən 200 min müsəlman yaşayır. İsveçdən kənar bəzi mənbələr bu rəqəmin 450-500 min nəfər olduğunu təxmin edir.
1960-cı illərin sonlarından bu ölkədə islamın yayılmasının əsas səbəbi mühacirət olub. 2004-2012-ci illərdə bu ölkədə müsəlman əhalinin sayının artmasına səbəb İraq, Somali və Əfqanıstandan gələn immiqrasiya dalğası ilə əlaqələndirilir.
Rəsmi mənbələr 2014-cü ildə müsəlman əhalinin ümumi İsveç əhalisinin təxminən 6 faizini təşkil etdiyini təxmin edir.
2017-ci ildə dərc edilən araşdırma hesabatına görə, müsəlman əhalisi 10 milyonluq İsveçin ümumi əhalisinin 1,8 faizini təşkil edir.
İslamı qəbul edən isveçlilərin dəqiq statistikası olmasa da, 1960-cı illərdən İslamı qəbul edən xristianların sayının təxminən 3500 olduğu təxmin edilir. Müsəlmanların köçü ilə bu rəqəm artır.
4227501

Teqlər: quran ، yeni müsəlman ، İsveç ، İslam
captcha