İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) hüseyniyyəsində İran parlamentinin 12-ci dövr deputatları ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdəki çıxışında İslami Şura Məclisi və üzvlərinin vəzifələrinə toxunaraq dedi: "Parlament təkcə sual verən bir qurum deyil, həm də cavab verən bir qurumdur. Sizə qəti tövsiyəm budur ki, parlament yeni hökumətlə konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərsin. Çünki Prezidentin və yeni hökumətin uğuru bizim hamımızın uğurudur", - deyə o bildirib.
İnqilab Rəhbəri sözünə davam edərək, "Ölkə mühüm məsələlərdə həmrəy olmalıdır. Düşməni məyus etmək üçün hökumət, parlament və müxtəlif vəzifəli şəxslər lazımi yerlərdə və məsələlərdə həmrəy olmalıdırlar" dedi.
Parlamentin xalq üçün gərginlik mənbəyi olmaması lazım olduğunu bildirən Ayətullah Xamenei, "bəzən millət vəkilləri cümə xütbələrində çıxışlar edirlər; harda danışırsan danış, amma xalqa ümid verən və birlik və həmrəylik tərəfdarı olduğunu göstərən çıxışlar et"- deyə o qeyd edib.
Ayətullah Xamenei deyib: "Parlamentin etməli olduğu ən mühüm şey cənab Pezeşkianın kabinetini təsdiqləməkdir. Təklif olunan kabinet nə qədər tez təsdiqlənsə və hökumət işə başlasa, bu, ölkə üçün bir o qədər yaxşı olar. Bununla belə, bu sahədə həm siz, həm də cənab prezidentin üzərinə böyük vəzifələr düşür".
"İman mühüm amildir. Gələcəyə ümidli və pozitiv baxmaq lazımdır. Üfüqün qaranlıq olduğunu düşünənlərə heç bir məsuliyyət verilə bilməz" deyən İnqilab Rəhbəri əlavə etdi: "Məsuliyyət milli bir perspektivə sahib olmaq və dürüst olmaqdır, bunları araşdıraraq əldə edə bilərsiniz."
İnqilab Rəhbəri Qəzzada baş verən son hadisələrə toxunaraq dedi: "Sionist rejimin qətllərinin başlamasından aylar keçdi. Bəzi insanlar arasında bu cinayətləri qınamaq istəyi azalıb, lakin Qəzza məsələsinin əhəmiyyəti ilk günlərlə müqayisədə artıb".
Həzrət Ayətullah Xamenei deyib: "Böyük hərbi, siyasi və iqtisadi sistem olan Amerika sionist rejimi ilə birlikdə müqavimət adlı kiçik bir qrupla vuruşur və bu iki şeytan, HƏMAS və müqaviməti məhv edə bilmədiyi üçün məzlum insanların yerləşdiyi xəstəxanaları və məktəbləri bombalayırlar".