IQNA

Qəzzada şəhidlərin sayı 39 min 363-ə çatıb

20:35 - July 29, 2024
Xəbər sayı: 3496428
İQNA – Qəzzanın Səhiyyə Nazirliyi işğalçı sionistlərin ötən il oktyabrın 7-dən etibarən Qəzzada həyata keçirdikləri hücumlarda hazırkı şəhid və yaralıların sayı barədə məlumat verib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına davam edən hücumları ilə bağlı məlumat verilib.
Bəyanatda oktyabrın 7-dən Qəzzada fələstinli şəhidlərin sayının 39 min 363, yaralıların sayının isə 90 min 923 nəfərə yüksəldiyi, sionist rejim ordusunun 3 “hücum” həyata keçirdiyi qeyd edilib. Son 24 saatda Qəzzanın müxtəlif yerlərində və söz mövzusu hücumlarda 39 fələstinlinin daha şəhid olduğu, 93 fələstinlinin də yaralandığı ifadə edildi.
Açıqlamada bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onlara çatmasına mane olduğu bildirilib.

captcha