Guardian yazır ki, Mançesterin Oldham şəhərində yaşayan 13 yaşlı qız Olimpiadada ölkəsinə medal gətirmək arzusunu gerçəkləşdirə bilər.
Müsəlman idmançı İkrah Hüseyn iki dəfə taekvondo üzrə Britaniya milli çempionatının qalibi olub. Gənc qız mart ayında Britaniya çempionatında ilk beynəlxalq oyuna çıxıb.
İdmanda hicablı qadınlarla bağlı çoxlu sözlərin olduğunu bildirən İkrah Hüseyn, “Mən yaxşı nümunə olduğumu deyə bilərəm” dedi.
O, hicablı qadınlarla bağlı yayılmış sözlərlə mübarizə aparmaq istədiyini də dilə gətirib.
Keçmiş peşəkar futbolçu və bədən tərbiyəsi müəllimi olan Nəsim Əşrəf 6 il əvvəl bir qrup qız tərəfindən zorakılığa məruz qaldığı üçün qızını özünümüdafiəni öyrənmək üçün taekvondo kurslarına göndərib.
O, aprel ayında Bolqarıstanda keçirilən taekvondo üzrə dünya çempionatında Britaniyanı təmsil edib və gümüş medal qazanıb. O, 40-dan çox turnirdə iştirak edib.
Onun yaşındakı bir çox gənc internetdə vaxt keçirsə və ya dostları ilə əylənsə də, onun ciddi gündəlik rejimi var. Namazını qılıb, dərslərini bitirdikdən sonra gündəlik yorğunluğunu atmaq üçün şahmat oynayır, tarixi sənədli filmlərə baxır.
İkrah Hüseyn nizam-intizamla işləməyin uğur gətirdiyini, film izləməyi, velosiped sürməyi, dostları ilə vaxt keçirməyi sevdiyini bildirib.
Boks üzrə keçmiş dünya çempionu Əmir Xan və UFC çempionu Həbib Nurməhəmmədov kimi müsəlman nümunələrinin artması döyüş sənəti ilə məşğul olmaq istəyənlərin qarşısındakı maneələri aradan qaldırıb. Üstəlik, gənclər valideynlərindən daha çox sağlamlıqlarına fikir verirlər.
Bu gənc taekvondoçunun məşqçisi gənc qızın ən böyük xüsusiyyətinin əzmkarlıq olduğunu və İngiltərədə öz çəki dərəcəsində ən yaxşılar arasında olduğunu bildirib.
Premyer Boks Klubunun məşqçisi Rasb Muhamməd bildirib ki, müsəlman çempionların uğurları sayəsində Britaniya müsəlman gəncləri bu idman növünə maraq göstəriblər.
4228798