IQNA

Ayasofya meydanında Fələstinə dəstək aksiyası

16:25 - August 03, 2024
Xəbər sayı: 3496460
İQNA – Həniyyənin son çağırışı çərçivəsində Ayasofya meydanında Fələstinlə həmrəylik aksiyası keçiriləcək.

Alçaq bir sui-qəsd nəticəsində şəhid olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyyə bütün ərəb, islam və dünya ölkələrini 3 avqust şənbə günü Qəzza xalqına və İsrail həbsxanalarında olan fələstinli məhbuslara dəstək üçün küçələrə çıxmağa çağırmışdı.
Həniyyənin Fələstin xalqına son dəstək çağırışından sonra bu gün saat 18.30-da İstanbulun Ayasofya meydanında Fələstinə dəstək aksiyası keçiriləcək.
Qeyri-Hökumət Təşkilatları və könüllülər Fələstin Həmrəylik Platformasının liderliyində Fələstinə dəstək olmaq üçün Ayasofya Meydanında toplanacaq.

captcha