IQNA

Məscidül-Əqsa xətibi Həniyyəyə dua etdiyi üçün həbs edilib

17:14 - August 03, 2024
Xəbər sayı: 3496461
İQNA – Sionist İsrail polisi cümə namazı zamanı HƏMAS lideri İsmayıl Həniyyə üçün dua edən Məscidül-Əqsa xətibi Şeyx İkrime Səbrini həbs edib.

"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Səbri xütbəsində deyib: “Qüds xalqı şəhidə Allahdan rəhmət diləyir. “Ona rəhmət və cənnət diləyirik” dedi. Polis Səbrinin sözlərində zorakılığa çağırış olduğunu iddia edərək, 85 yaşlı Məscidül-Əqsa xətibini saxlayıb.
Şeyx İkrime Səbrinin vəkili İsrail polisinin çoxlu sayda əsgər və mülki geyimli polislə işğal altındakı Qüdsdəki evinə gələrək Məscidül-Əqsa xətibi İkrime Səbrini həbs etdiyini açıqlayıb.
Bundan əvvəl sionist televiziyasının 7-ci kanalında daxili işlər naziri Moşe Ərbil də Səbrinin Şərqi Qüdsdə yaşayış icazəsinin ləğv edilərək şəhərdən çıxarılmasının planlaşdırıldığını açıqlamışdı.
4229711
 

captcha