Sionist mediası İsrail Hava Yollarının işğal altında olan Eylat və Ben Qurion hava limanı arasında daxili reysləri ləğv etdiyini bildirib.
Sözügedən aviaşirkət işğal olunmuş ərazilərdə ciddi təhlükəsizlik şəraiti və bu bölgədə qorxu və panikanın yayılması ilə əlaqədar uçuşları dayandırmaq qərarına gəlib.
İspaniyanın “Air Europa” şirkəti bölgədə təhlükəsizlik gərginliyinin artması səbəbindən işğal olunmuş ərazilərə bütün reyslərini ləğv edib.
Xəbərə görə, bu ispan şirkəti bütün uçuşların ləğv edilməsinin bu həftənin çərşənbə gününə qədər davam etdiyini açıqlayıb.
Bildirilir ki, hazırda işğal olunmuş Fələstin ərazilərinə uçuşları ləğv edən şirkətlərin sayı 15 beynəlxalq aviaşirkətə çatıb.
Son günlər bir çox beynəlxalq aviaşirkətlər Müqavimətin şəhid İsmayıl Həniyyənin öldürülməsinə reaksiya verəcəyindən qorxaraq işğal altındakı bölgələrə uçuşları təxirə salıb.