"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, İspaniya 24 illik gözləmədən sonra kubalı əsilli ispan boksçu Emanuel Reispela ilə milli komanda adından medal qazanmağı bacarıb.
Kuba əsilli boksçu çətinliklərlə və ağrılarla dolu bir həyat sürdüyünü, Kubadan Avropa Birliyinə qaçqın düşdüyünü, illərlə qaçqın düşərgələrində yaşadığını, ağır peşəkar idmanla məşğul olduqdan sonra bu ölkəyə qədər gəlib çatdığını qeyd edib. O, yaşayış və sığınacaq problemlərinə baxmayaraq, yarımfinala yüksələ bildiyini bildirib.
İspan əsilli kubalı müsəlman boksçu 1/4 finalda belçikalı boksçuya qalib gələrək, bazar günü keçiriləcək yarımfinaldan əvvəl İspaniyanın bürünc medalını qazanıb.
İspaniya pasportu olmayan Emanuel Reispela ölkəyə 2019-cu ildə daxil olub. Bir il sonra İspaniya Boks Federasiyası bu ölkənin hökumətindən Reispelanın təcrübəsi və uğuruna görə ona İspaniya vətəndaşlığı verilməsini istəyib.
Olimpiadada İspaniya boksda son 24 ildə heç bir medal qazana bilməyib. Reispela müsəlman olsa da, ispanca adını dəyişməyib.
4229875