"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, Əgər biz Allaha güvənsək, möcüzələrin baş verdiyinin şahidi olarıq" deyən dünya katoliklərinin lideri, dünyada davam edən çoxsaylı münaqişələrdən danışıb.
O, həmçinin dünyanın hər yerində, xüsusilə də Qəzzada davam edən qarşıdurmaların tez bir zamanda sona çatmasını və tərəflərin sülhə zəmin yaratmaq üçün silahlarını bir kənara qoyaraq atəşkəsə razılıq vermələrini istəyib.
Roma Papası Fransisk həmçinin müharibənin çətinliyinə sinə gərmiş Ukrayna, Myanma və Sudan kimi ölkələrin xalqının tezliklə davamlı və əlverişli sülhə qovuşacağına ümid etdiyini bildirib.
Dünya katoliklərinin lideri çıxışında Pakistan və Əfqanıstan kimi ölkələrdə xüsusilə qadınlara qarşı etnik ayrı-seçkiliyin aradan qaldırılmasını istəyib.
4230719