"Əl-Cəzirə" xəbər verir ki, şahidlərin sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində Rohingya müsəlman azlığından onlarla insan, o cümlədən uşaqlar və qadınlar həlak olub.
Bundan əlavə, xəbərlər göstərir ki, Rohingya qaçqınlarını daşıyan qayıqlar iki ölkəni ayıran çayda batıb.
Reuters xəbər agentliyi hücumun ötən bazar ertəsi baş verdiyini və qonşu Banqladeşə sərhədi keçmək üçün gözləyən ailələri hədəf aldığını bildirib.
Xəbər agentliyi üç şahidə istinadən bu hücuma görə Arakan Ordusu kimi tanınan qruplaşmanın məsuliyyət daşıdığını bildirib. Bu qrup ittihamları rədd edərək, Myanma ordusunu günahlandırıb.
Sosial şəbəkələrdə yayımlanan video çarxlarda palçıqlı yerə səpələnmiş, çanta və çamadanlarla əhatə olunmuş çoxlu cəsəd görülüb.
Hücumdan sağ çıxan 3 nəfər 200-dən çox insanın öldüyünü desə də, başqa bir şahid hadisə yerində ən azı 70 cəsəd gördüyünü bildirib.
Rohinca müsəlman azlığına qarşı zorakılıq çoxlu müsəlmanın Banqladeşə köçməsinə səbəb olub.
Myanmada böyük müsəlman əhaliyə ev sahibliyi edən Rakhayn əyaləti Arakan Ordusunun şimalda qazandığı böyük qələbələrdən sonra zorakılığa səhnə olur.
4231099