IQNA

Misirin yeni müftisi təyin olundu

2:33 - August 14, 2024
Xəbər sayı: 3496529
İQNA - Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi fərman verib və Nəcir Əyadı Misirin baş müftisi təyin edib.

"Əl-Bələd" saytının verdiyi xəbərə görə, Misir prezidenti, İslam Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri Nəcir Əyadı Misirin baş müftisi təyin edib.
O, on ildir Misirin müftisi olan Şövqi Əlamı əvəz edəcək.
Nazir Əyad İslam fiqh, əqidə və fəlsəfə sahəsində ən görkəmli Əl-Əzhər alimlərindən biri kimi tanınır.
O, dinlərarası dialoq sahəsində mötədil yanaşması və səyləri ilə yanaşı, ekstremizm, islamofobiya və təkfirçi yanaşmalarla mübarizəsi ilə də şöhrət qazanıb.
Əyad, İslam fəlsəfəsi və inancları ilə bağlı 30-dan çox kitab yazmışdır. 1995-ci ildə bakalavr, 2000-ci ildə magistr, 2003-cü ildə dini prinsiplər üzrə doktorluq dərəcəsi alıb.
Nəzir Əyad beynəlxalq aləmdəki fəaliyyəti çərçivəsində islamafobiya ilə mübarizə məsələsini müzakirə edib. Bu arada o, İslamın cari məsələlərdəki mövqeyindən və mediada müsəlmanların mənfi imicinə qarşı mübarizədən də danışıb.
4231409

Teqlər: misir ، müfti ، İslam ، müsəlmanlar
captcha