"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, seneqallı mütəfəkkir Məhəmməd Səid Bəh, Əl-Əqsa tufanı sonrası əməliyyatı Qərbin İslam dünyasının qəlbini parçalamaq və sionist rejimin xərçəng şişini ora yerləşdirmək arzusunun sonunun başlanğıcı kimi qiymətləndirib.
İslam düşüncəsi və sivilizasiyası sahəsində mütəxəssis olan, müxtəlif universitetlərdə və təhsil mərkəzlərində mühazirələr oxuyan Məhəmməd Səid Bəh, həm də müxtəlif siyasi və ictimai təşkilatların üzvüdür.
Bəhinin 100-ə yaxın elmi məqaləsi, araşdırması və çoxlu kitabı var.
Qəzzada baş verənlərin bəşəriyyəti, tarixi və bəşəri dəyərləri hədəf aldığını bildirən mütəfəkkir Fələstində baş verənlərin insanların tarix boyu təsdiq etdiyi dəyərlər sisteminin yaşaması və ya etibarlılığı ilə bağlı ümidsizliyin göstəricisi olduğunu bildirib.
Seneqallı mütəfəkkir “Fələstin xalqının ağrısını ən yaxşı afrikalılar anlayır. Çünki afrikalılar üç əsrdir ki, işğal və onun nəticələri ilə üzləşiblər” dedi.
4234044