IQNA

Səudiyyə Ərəbistanı Həcc zamanı siyasi fəaliyyətləri məhdudlaşdırır

11:30 - September 03, 2024
Xəbər sayı: 3496609
İQNA - Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarətinə göndərilən xarici zəvvarlar üçün qaydaları sərtləşdirib, siyasi və məzhəb məqsədli bütün fəaliyyətləri qadağan edib.

"İQNA", "Bəvabul-Bələd" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qaydaları pozanları deportasiya etməklə hədələyib və onların yenidən Həcc mərasimində iştirakını qadağan edib.
Bu nazirlik aydınlaşdırıb ki, Həcc və Həcc idarələri, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin müəyyən etdiyi prosedurlara tam əməl etməlidir.
Bu idarələrə Səudiyyə Ərəbistanına daxil olmamışdan əvvəl zəvvarların məlumatlarının elektron şəkildə müvafiq sistemə (Nusuq) daxil edilməsi, qadağan olunmuş fotoşəkillərin, kitabların, bayraqların, şüarların və hər cür siyasi nəşrlərin ölkəyə girişinin qarşısının alınması tapşırılıb.
Bildirilir ki, Həcc və ziyarət idarələri asayişi, ictimai təhlükəsizliyi və ya əhalinin sağlamlığını pozacaq hər hansı toplantını qadağan etməli və bağlı olduqları ölkənin səlahiyyətli orqanları ilə lazımi tədbirləri görməlidirlər.
Bu nazirlik, həmçinin Zəvvarlarla İş Departamentinə və onun əməkdaşlarına zəvvarlara xidmət üçün nəzərdə tutulmuş yaşayış yerləri və nəqliyyat vasitələrindən zəvvarlar üçün nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçün istifadə etməyi, icarəyə götürməyi və ya icarəyə verilməsini qadağan edir.
Səudiyyə Ərəbistanının Həcc mərasimi ilə bağlı yeni nizamnaməsinə əsasən, zəvvarlara Səudiyyənin təhlükəsizliyini pozacaq hər hansı fotoşəkil, kitab, bayraq, pankart və ya siyasi vərəqə daşımaq qadağandır.
Həmçinin rəsmi valyutadəyişmə məntəqələrindən kənarda hər hansı kommersiya əməliyyatı, broker və ya valyuta mübadiləsini qadağan edilir.
Nazirlik həmçinin vurğulayır ki, insanların Səudiyyə Ərəbistanına ictimai təhlükəsizliyi və asayişi pozacaq hərəkətlər etmək məqsədilə daxil olması qadağandır.
Yeni əsasnamədə o da qeyd olunub ki, Həcc və Həcc idarələrinin fəaliyyəti hər il qiymətləndiriləcək, zəif fəaliyyət və ya qanun pozuntuları aşkar edildikdə, zəvvarların sayı üçün kvota azaldılacaq.
4234279

Teqlər: həcc ، ərəbistan ، siyasi ، zəvvarlar
captcha