IQNA

Kabildə intihar hücumu: 6 ölü, 13 yaralı

11:59 - September 03, 2024
Xəbər sayı: 3496612
İQNA - Əfqanıstanın paytaxtı Kabilin Darul-Əman bölgəsində intiharçı hücumu həyata keçirilib. Hücum nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Əfqanıstanın paytaxtı Kabilin Darul-Əman bölgəsində axşam saatlarında partlayış baş verib.
Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mətbuata verdiyi açıqlamada partlayış nəticəsində azı 6 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Hadisənin intihar hücumu olduğunu qeyd edən Zadran, yaralıların ən yaxın xəstəxanalara çatdırıldığını və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

captcha