IQNA

Qəzzada şəhidlərin sayı 40 min 939-a çatıb

15:15 - September 08, 2024
Xəbər sayı: 3496645
İQNA - Sionist rejimin oktyabrın 7-dən Qəzzada həyata keçirdiyi soyqırımda şəhid olanların sayı 40 min 939 nəfərə çatıb.

Qəzzanın Səhiyyə Nazirliyi işğalçı rejimin 337-ci gündür davam edən hücumlarında Qəzzada hazırkı şəhid və yaralananların sayı ilə bağlı məlumat verib.
Buna uyğun olaraq, işğalçı rejim son 24 saat ərzində həyata keçirdiyi 4 qətliamda 61 nəfəri şəhid edib, 162 nəfəri yaralayıb.
Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 40 min 939-a, yaralıların sayının isə 94 min 616-ya yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox şəxsin hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onları çıxarda bilməsinə mane olduğu bildirilib.

captcha