"İQNA"-nın "Vətən"-ə istinadən verdiyi xəbərə görə, London küçələrinin hərəkətində motosiklet kuryerinin gözəl Quran tilavəti sosial şəbəkələrdə istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu videoda o, "Əhzab" surəsinin aşağıdakı ayələrini məlahətli səslə oxuyur.
«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا»
"Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi" (Əhzab, 69).
«يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا»
"Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!" (Əhzab, 70).
«إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ...»
"(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar" (Əhzab, 71).
İngiltərədəki müsəlmanlar son illərdə islamafobiya dalğası və ifrat sağçı partiyaların hücumları ilə üzləşiblər.
4236106