Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Əl-Sinvar Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha mesaj göndərib:
Əl-Sinvar Livan Hizbullahının baş katibinin HƏMAS ilə həmrəyliyini yüksək qiymətləndirərək, bu həmrəyliyin vicdanlı və nəcib hisslərlə müşayiət olunduğunu bildirib və ona xitab edib: "Müqavimət oxunun qarşısındakı hərəkətləriniz bu həmrəylik və səmimiyyəti göstərir".
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri əlavə edib: "Komandirimiz Əbu Əl-Əbd millətimizin ən şərəfli tarixi döyüşlərindən biri olan Əqsa tufanı döyüşündə şəhid oldu".
Əl-Sinvar əlavə edib: "Şəhid komandirimizin şəhadəti sübut edir ki, komandirlərimizin və döyüşçülərimizin qanının dəyəri Fələstin xalqının qanından yüksək deyil. Bu saf qanlar, şəhid karvanları işğalçılarla mübarizədə gücümüzə, qüdrətimizə güc qatır".
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri vurğulayıb: "HƏMAS hərəkatının əvvəlki kimi möhkəm dayanacağını və şəhidlərin qanına sadiq qalacağını vurğulayırıq".
Əl-Sinvar həmçinin əlavə edib: "Şəhid Haniyənin bizi çağırdığı yüksək prinsiplər bizim üçün sabit qalacaq. Həmçinin hərəkatımız və döyüşçülərimiz öz yolunu davam etdirəcəklər".
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri əlavə edib: "Bizim doğru hərəkət edəcəyimiz bu prinsiplərdən ən mühümü Fələstin xalqının cihad və müqavimətlə bağlı birliyidir. Həmçinin millətin vəhdətinin bu prinsiplərinin başında və onun mərkəzində sionist planına qarşı müqavimət oxu dayanır".
Əl-Sinvar vurğuladı: "İşğalçılar qovulana və tam suverenliklə və paytaxtı Qüds olan müstəqil ölkəmiz qurulana qədər bu prinsiplər istiqamətində hərəkət edəcəyik".
4236315