IQNA

Madriddə Fələstinə dəstək nümayişi keçirilib

2:44 - September 17, 2024
Xəbər sayı: 3496698
İQNA – Ötən bazar günü İspaniyanın paytaxtı Madriddə Fələstinə dəstək üçün böyük nümayiş keçirilib.

"Əl-Qüdsul-Ərəbi"-nin verdiyi xəbərə görə, qeyri-hökumət təşkilatlarının çağırışı ilə Fələstin bayraqları və şərfləri ilə Madriddəki Sol Meydanına gələn böyük bir qrup insan İsrailin son 11 ayda Fələstində 40 mindən çox insanı öldürməsinə etiraz edib.
Aksiya zamanı meydanda zənglər səslənərkən ispanlar İsrail tərəfindən öldürülən fələstinlilərin xatirəsini yad edərək uzanıb gözlərini yumublar.
İspanlar beynəlxalq ictimaiyyətə "Fələstinlilərə qarşı törədilən soyqırıma daha susub gözlərinizi yuma bilməzsiniz, indi hərəkətə keçin” mesajını verib, "Azad Fələstin" şüarları səsləndiriblər.
Qonzalo Avila Kruz "Hər gün internetdə axtarış aparıram və Fələstində baş verənlərlə bağlı məlumat almağa çalışıram. Heç bir bəşər Fələstində baş verənlərə laqeyd qala bilməz. İlk gündən gördüklərimin əzabını çəkirəm. Bütün dünyanın gözü qarşısında soyqırımına yol verilməsi inanılmazdır. 45 min insan, o cümlədən 11 mindən çox uşaq öldürüldü, bunun soyqırım olub-olmadığı hələ də müzakirə olunur. Mən Avropanın barmağını belə qaldırmamasını iyrənc hesab edirəm". dedi.
Sionist rejim ABŞ-ın dəstəyi ilə oktyabrın 7-dən Qəzzəyə qarşı dağıdıcı müharibə aparır. Kütləvi dağıntılar və aclıq şəraitində Fələstin mülki əhalisi əziyyət çəkir.
Sionist ordu beynəlxalq qaydalara məhəl qoymayaraq müharibəni davam etdirir. ABŞ-ın dəstəyi ilə bu günə qədər BMT Təhlükəsizlik Şurasının bunu dərhal dayandırmaq qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınması və Qəzzada fəlakətli humanitar vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görməsinə məhəl qoymayıb.
4236885

captcha