İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibəti ilə İslam ölkələrinin İrandakı səfirləri, bu ölkənin bəzi rəsmiləri və 38-ci Beynəlxalq İslam Birliyi Konfransının qonaqlarını Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində qəbul edib.
İnqilab Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə “İslam ümməti öz daxili gücündən istifadə edərsə, sionist rejim İslam cəmiyyətindən silinər” dedi.
Hökumətlərin İslam ümmətinin formalaşmasında kömək edə biləcəyini vurğulayan Ayətullah Xamenei, “Təbii ki, hökumətlərdə motivasiya çox güclü deyil və İslam dünyasının şəxsiyyətləri bu motivasiyanı gücləndirə bilər” dedi.
Həzrət Ayətullah Xamenei, “İslam dünyasının mətbuatı on il ərzində müsəlmanların birliyinə diqqət çəkən yazılar yazsa, şairlər bu mövzuda şeirlər oxusa, təhlilçilər təhlil etsə, universitet ustadları açıqlama versə, din alimi qərar versə, vəziyyət mütləq tamamilə dəyişər. Millətlər ayılanda hökumətlər də bu istiqamətdə hərəkət etməli olacaqlar. Hörmətli insanlar bunu edə bilər və bu, bizim borcumuzdur".
Ayətullah Xamenei İranın İslam dünyasına birlik mesajı ilə bağlı bunları deyib:
"Birlik mesajımızın dünyada vicdanla qəbul olunmasını istəyiriksə, öz aramızda vəhdət içində hərəkət edərək həqiqi hədəflərə doğru getməliyik, fikir və zövq fərqliliyi millətin iş birliyinə və həmrəyliyinə təsir etməməlidir".
Həzrət Ayətullah Xamenei sionistlərin Qəzzə, İordan çayının qərb sahili, Livan və Suriyada törətdikləri açıq və həyasız cinayətlərə toxunaraq dedi: "Onların cinayətlərinin tərəfi döyüşçülər deyil, xalqdır və onlar döyüşçüləri atəşə tuta bilmədiklərinə görə. Fələstində cahil və xain qəzəblərini körpələrə, uşaqlara və xəstəxanalardakı xəstələrə çeviriblər" dedi.
Bu ağır vəziyyətin səbəbini islam cəmiyyətinin öz daxili gücündən istifadə edə bilməməsi kimi xarakterizə edən İnqilab Rəhbəri müsəlmanların sionist rejimlə iqtisadi əlaqələrini tamamilə kəsməli olduqlarını vurğuladı və dedi: "İslam ölkələri siyasi əlaqələri tamamilə kəsməlidirlər. Siyasi və mətbuat hücumlarını gücləndirməli və Fələstin xalqının tərəfində olduqlarını açıq şəkildə göstərməlidirlər".