IQNA

İmam Əli (ə) türbəsində keçirilən toplantıda alimlər Məhəmməd peyğəmbərə (s) olan sevgini vurğuladılar

11:11 - September 23, 2024
Xəbər sayı: 3496733
İQNA - Din alimləri Peyğəmbərimizin (s) mövludu ilə bağlı İmam Əli (ə) türbəsində keçirilən məclisdə insanlar arasında sülh və qardaşlıq yaratmaqda Peyğəmbərin (s) bəşəri dəyərlərinə toxundular.

İmam Əli (ə) türbəsi informasiya mərkəzinin verdiyi məlumata görə, Türbə katibliyi İraq daxilində və xaricində müxtəlif məzhəb nümayəndələrinin geniş iştirakı ilə Peyğəmbərimiz (s) və İmam Cəfər Sadiqin (ə)  mövlud ildönümləri ilə bağlı proqram təşkil edib.
İmam Əlinin (ə) türbəsinin İslami Araşdırma və Təhsil Akademiyasının prezidenti Nəbə Əl-Həmami bildirib ki, İmam Əlinin (ə) məqbərəsində Dünya Möminləri həftəsi çərçivəsində müxtəlif məzhəblərdən olan din alimlərinin iştirakı ilə silsilə proqramlar və tədbirlər keçirilib.
Əl-Həmami bildirib ki, tədbirdə alimlərin və müxtəlif din mənsublarının iştirak etməsi Əhli-Beytə (ə) məhəbbətin ixtilaflarından asılı olmayaraq bütün insanları bir araya gətirdiyinin göstəricisidir.
 Bundan əlavə, insanlar arasında sülh və qardaşlığı yaymaq üçün Həzrət Peyğəmbərin (s) təlim və dəyərlərinin yayılmasının vacibliyi vurğulanıb.
Bu müqəddəs məkanda əqli və ideoloji fərqliliklərə baxmayaraq, bir çox din alimləri yekdil fikrə gəliblər.
Rabat Muhəmmədi, Alimlər Şurasının sözçüsü Şeyx Kamil Əl-Fəhdavi çıxışında müxtəlif məzhəbləri bir araya gətirərək Məhəmməd peyğəmbərin (s) şəxsiyyəti haqqında fikir mübadiləsi aparan bu tədbirin əhəmiyyətinə toxunub.
Fəhdavi bildirib ki, alimlərin və məzhəblərin Əli ibn Əbi Talibin (ə) məqbərəsi yanında toplantısı ixtilaflardan asılı olmayaraq insanlar arasında sülh və birlik bərqərar edən peyğəmbərlik yanaşmasının təsdiqidir.
4237799

captcha