Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü Əl-Əqsa məscidində elektrikıi liftin quraşdırılması layihəsinin təməli qoyulub.
Sionist rəsmilər iddia ediblər ki, elektrikıi lifti əlil arabasında olan gəlmələr və qocalar üçün Buraq divarının (Ağlama divarı) yanındakı Əl-Əqsa məscidinə daxil olmağı asanlaşdıracaq.
Sionist rejim Məscidül-Əqsanın inkişaf etdirmə planını bəhanə edərək, bu islami məkanın kimliyini yəhudilərin xeyrinə dəyişmək üçün müxtəlif addımlar atdı.
Bu çərçivədə Məscidül-Əqsada yəhudilərin sayının artırılması üçün Buraq divarının ətrafında geniş yerlərin yaradılması planlaşdırılıb.
Sionist rejim qüvvələri də Müşərrəf məktəbinin üzərində Məscidül-Əqsa həyətinə baxan gözətçi qülləsi tikib, Babul-Əsbatın girişində təhlükəsizlik kameraları, dinləmə cihazları və mobil dəmir maneələr yerləşdirilib.
Bundan əlavə, 300 kvadratmetr ərazidə yerləşən İbrahim məscidinin yəhudiləşdirmə planı və məscidin obyektləri də daxil olmaqla Tövrat parkının tikintisi də nəzərdə tutulub.
Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin üzvü və Qüds Administrasiyasının rəhbəri Adnan Əl-Hüseyn İsrailin bu layihələrinə reaksiya verərək deyib: "İşğalçıların bütün hərəkətlərini, sionist rejimin bu şəhəri yəhudiləşdirmək, mədəni və tarixi simasını məhv etmək, ərəb şəhərinin simasını dəyişdirmək və işğalçıların şəhərlərə girişini asanlaşdırmaq kontekstində gördüyü hər şeyi rədd edir və pisləyir".
4238110