IQNA

Kanadada Qəzza və Livan xalqı ilə həmrəylik nümayişi keçirilib

10:19 - September 25, 2024
Xəbər sayı: 3496747
İQNA – Kanada vətəndaşları Fələstin və Qəzzə xalqına dəstək və sionist rejimin Livanda törətdiyi cinayətləri pisləmək üçün etiraz aksiyası keçiriblər.

İsveçrə info-nun verdiyi məlumata görə, Kanada xalqı Fələstin və Livan xalqlarına dəstək üçün küçələrə çıxaraq sionist rejimin cinayətlərinə dərhal son qoyulmasını tələb edib.
Küçələrə çıxan nümayişçilər Qəzza xalqı ilə həmrəy olduqlarını bəyan edərək, işğalçı rejimin Beyrut və Qəzzada son günlər törətdiyi cinayətləri pisləyiblər.
Fəallar nümayişlər zamanı Fələstin bayrağı daşıyaraq və Fləstin şərifi ataraq Qəzza xalqı ilə həmrəy olduqlarını ifadə ediblər. Həmçinin Qəzzada müharibənin dərhal dayandırılmasını və atəşkəs tələb ediblər.
Sionist ordu Hizbullahdan aldığı məğlubiyyəti kompensasiya etmək üçün kor-koranə hərəkətləri ilə bu ölkənin cənubunda dinc əhalini hədəfə alır.
İsrail rejimi cümə günü Dahiya bölgəsinə hücum edərək bir binanı hədəfə alıb. Hizbullah komandirlərindən İbrahim Akil də daxil olmaqla onlarla insan şəhid olub.
Sionist rejim həmçinin ötən çərşənbə axşamı və çərşənbə günü Livanda törətdyi terror əməliyyatları zamanı minlərlə peycer, simsiz cihaz və rabitə sistemini partladıb, 37 Livan vətəndaşının ölümünə və 4 mindən çox insanın yaralanmasına səbəb olub.
Dünyanın bir çox ölkəsi və beynəlxalq qurumları Livanda baş verən son partlayışları pisləyib, gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.

Kanada’da Gazze ve Lübnan halkıyla dayanışma için gösteri düzenlendi
 

Kanada’da Gazze ve Lübnan halkıyla dayanışma için gösteri düzenlendi

Kanada’da Gazze ve Lübnan halkıyla dayanışma için gösteri düzenlendi

Kanada’da Gazze ve Lübnan halkıyla dayanışma için gösteri düzenlendi

Kanada’da Gazze ve Lübnan halkıyla dayanışma için gösteri düzenlendi

,4238186

captcha