Əl-Məyadin-in verdiyi məlumata görə, İraq Müqaviməti işğal olunmuş ərazilərin şimalında mühüm hədəfi vurub.
İraq İslami Müqaviməti bəyanat yayaraq, inkişaf etmiş “Ərkab” qanadlı raketi ilə işğal olunmuş ərazilərin şimalındakı həyati bir hədəfi vurduğunu açıqlayıb.
Bəyanatda, "Sionist düşmənin ağır hücumlarına məruz qalan məzlum Fələstin və Livan xalqına dəstək olmaq üçün işğal olunmuş torpaqların şimalında mühüm hədəfi vurduq" deyilir.
Sionist mediası hücumdan sonra işğal olunmuş ərazilərin şimalında həyəcan zənglərinin eşidildiyini bildirib.
Təl-Əviv hücumda hər hansı itki və ya mümkün dağıntı olub-olmaması ilə bağlı heç bir açıqlama verməyib.
Bu hücum İraq Müqavimətinin son saatlarda işğal olunmuş ərazilərə ikinci hücumudur. Müqavimət daha əvvəl pilotsuz uçuş aparatları ilə işğal olunmuş ərazilərin cənubunda sionist düşmənin mövqelərini vurmuşdu.